“Lukoyl”un sahibi Rusiyanın ən varlı iş adamları reytinqində bir pillə geriləyib
“Lukoyl” şirkətinin həmtəsisçisi Vahid Ələkbərov Rusiyanın ən varlı sahibkarları siyahısında mövqeyini itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, o, reytinqdə dördüncü yerdən beşinci pilləyə enib.
Məlumata görə, Alekperovun sərvəti 2,72 milyard ABŞ dolları azalıb. Hazırda onun ümumi sərvəti 22,6 milyard dollar həcmində qiymətləndirilir.
Fatimə Məmmədova
22:40 02.01.2026
Oxunuş sayı: 1212