Maduro narkotik alveri ittihamlarını rədd edib
Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin narkotik alverində iştirakına dair ittihamları təkzib edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, regionda daşınan kokainin hamısı Kolumbiyada istehsal olunur və Venesuela bu prosesin qurbanıdır.
Maduronun sözlərinə görə, Kolumbiya narkotik şəbəkələrinin fəaliyyəti Venesuelaya onilliklərdir ciddi təhlükə yaradır və bu problem yeni deyil.
22:31 02.01.2026
Oxunuş sayı: 1170