Meksika sahillərində 6,5 maqnitudada zəlzələ olub
Meksikanın cənub-qərbindəki Herrero ştatında 6,5 maqnitudada zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı 42 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.
21:22 02.01.2026
Oxunuş sayı: 1183