Britaniya millət vəkili: İranda etirazlar rejimin sonunun başlanğıcıdır
Britaniya parlamentinin üzvü və keçmiş təhlükəsizlik naziri Tom Tugendhat bildirib ki, İranda yenidən alovlanan etirazlar rejimin zəiflədiyini və süqut prosesinin başlandığını göstərir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, etirazların ölkə üzrə geniş yayılması bunun müvəqqəti narazılıq olmadığını sübut edir.
Tugendhat İslam Respublikasının 40 ildir zorakılıq və qorxu yolu ilə hakimiyyətdə qaldığını xatırladaraq, hazırkı prosesin “həlledici və təhlükəli mərhələyə” daxil olduğunu vurğulayıb. O, baş verənlərin yalnız İranı deyil, regional və qlobal təhlükəsizliyi də birbaşa təsir altına aldığını qeyd edib.
Britaniyalı siyasətçi, həmçinin, İranın Britaniya ərazisində terror və sui-qəsd cəhdləri, jurnalist və müxaliflərin təqibi, eləcə də Yaxın Şərqdə Britaniya qüvvələrinə qarşı zorakılıqdakı rolunu xatırladıb. Onun sözlərinə görə, Tehranın regionda apardığı siyasət Avropa və Britaniyaya yönələn qaçqın axınını da gücləndirir.
17:15 02.01.2026
Oxunuş sayı: 1002