SEPAH-dan açıqlama: Şəhərlər tam nəzarət altındadır
İranda təhlükəsizlik qüvvələri və SEPAH ölkə boyu şəhərlərə əlavə qüvvələr yeridib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi mənbələrin məlumatına görə, bütün şəhərlər təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.
Dövlət mediasında yayılan xəbərlərdə bildirilir ki, baş verən qarşıdurmalar zamanı ölən və saxlanılanların sayı on nəfərdən çoxdur. Rəsmi açıqlamada qeyd olunub ki, “iğtişaş törədən qruplar zərərsizləşdirilib və təhlükəsizlik tam şəkildə bərpa edilib”.
Təhlükəsizlik orqanlarının nümayəndələri bildiriblər ki, “Sionist rejimin yaratmağa çalışdığı iğtişaşın qarşısı alınıb” və vəziyyət nəzarət altındadır
17:08 02.01.2026
Oxunuş sayı: 1277