ABŞ Rusiyadakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb
ABŞ Rusiyadakı vətəndaşlarına ölkəni dərhal tərk etmə çağırışı edib.
Crossmedia.az Fox News-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Rusiyada olan ABŞ vətəndaşlarını təhlükəsizlik riskləri səbəbilə ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.
Bildirilir ki, xəbərdarlığa səbəb özbaşına həbs təhlükəsi, konsulluq xidmətlərinin məhdudluğu, eləcə də sanksiyalar fonunda bank kartları və pul köçürmələrinin istifadəsində yaranan problemlərdir.
Departament Rusiyada qalan vətəndaşların hərəkət imkanlarının daha da məhdudlaşa biləcəyini vurğulayıb.
17:00 02.01.2026
Oxunuş sayı: 975