Çeçenistan prezidentinin Moskvada xəstəxanaya yerləşdirildiyi bildirilir
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhhəti ilə bağlı məlumat yayılıb.
Crossmedia.az "Yahoo News"a istinadən xəbər verir ki, Ramzan Kadırov dekabrın 24-də Moskvada yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Bildirilir ki, onun hazırkı vəziyyəti barədə rəsmi açıqlama verilməyib. Bununla belə, Kadırovun reanimasiyaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu ilə bağlı iddialar yayılıb.
Məsələ ilə bağlı Rusiya və Çeçenistan rəsmiləri hələlik məlumatı təsdiqləməyiblər.
16:45 02.01.2026
Oxunuş sayı: 1188