Ukrayna kəşfiyyatı Kapustinin qətli ilə bağlı Rusiya əməliyyatını ifşa edib
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Rusiya Könüllülər Korpusunun komandiri Denis Kapustinin öldürülməsi ilə bağlı Rusiyanın məxfi əməliyyatının qarşısını alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
KBİ-nin məlumatına görə, ukraynalı kəşfiyyatçılar rus tərəfini aldadaraq cinayətin icrası üçün Rusiya tərəfindən ayrılan yarım milyon dolları ələ keçiriblər.
KBİ-nin rəhbəri Kirill Budanov bildirib ki, əməliyyat bir aydan çox davam edib. Onun sözlərinə görə, cinayəti sifariş edən Rusiya kəşfiyyat xidmətlərindəki şəxslər və prosesdə iştirak edən cinayətkar qruplar müəyyən edilib.
16:38 02.01.2026
Oxunuş sayı: 1126