Çin İranın məhv edilən hava limanlarının bərpasında iştirak edir
Çin şirkətləri 12 günlük müharibə zamanı İsrail tərəfindən məhv edilən İran hava limanlarında qalxış-eniş zolaqlarını habelə aerodromların təmirində iştirak edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Eyni zamanda Rusiya tikinti materialları tədarük edir.
Bundan əlavə Pekin İranla kəşfiyyat məlumatlarını bölüşməyə başlayıb. Çin bununla həm də kosmik peyk imkanlarını sınaqdan keçirir. Buna qədər Pekin artıq Rusiyanın Odessa və Lviv hücumlarında belə bir dəstəyi həyata keçirib.
16:30 02.01.2026
Oxunuş sayı: 982