Rusiyada 64 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi 64 Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ən çox PUA Samara vilayəti üzərində vurulub — 20 ədəd. Voronej və Saratov vilayətləri üzərində hər birində 8 dron məhv edilib.
Moskva regionu üzərində 7 PUA zərərsizləşdirilib, onlardan 5-i birbaşa Moskvaya doğru uçurmuş. Ryazan və Rostov vilayətləri üzərində isə hər birində 6 dron vurulub.
Bundan əlavə, Tula vilayəti üzərində 3, Belqorod vilayəti üzərində 2, Kursk, Kaluqa, Penza və Tambov vilayətləri üzərində isə hərəsində 1 PUA məhv edildiyi bildirilib.
Zeynəb Xuduyeva
16:23 02.01.2026
Oxunuş sayı: 1178