Netanyahu: Tramp Ermənistan–Azərbaycan münaqişəsinin həllində mühüm rol oynayıb
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Ermənistan–Azərbaycan münaqişəsinin həllinə verdiyi töhfəni xüsusi vurğulayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, Tramp beynəlxalq səviyyədə sülhün möhkəmləndirilməsi və müxtəlif münaqişələrin nizamlanması istiqamətində mühüm addımlar atıb. O qeyd edib ki, Amerika lideri qısa müddətdə bir sıra mürəkkəb problemlərin həllinə nail olub və bunlar arasında Ermənistan–Azərbaycan münaqişəsi də yer alır.
İsrail hökumətinin başçısı Trampın bu sahədəki fəaliyyətinin layiqincə qiymətləndirilməli olduğunu bildirib və onun dünya miqyasında sülh proseslərinə verdiyi töhfələrin diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb.
14:30 02.01.2026
Oxunuş sayı: 1339