Ermənistana ilk dəfə Azərbaycan ərazisi ilə yük qatarları daxil olub
Ermənistanın müstəqillik əldə etməsindən sonra ilk dəfə olaraq Azərbaycan ərazisindən keçməklə yük qatarları Ermənistan Respublikasına daxil olmağa başlayıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, artıq Azərbaycanla ikitərəfli ticarətin ilkin əlamətləri görünməkdədir və iri həcmli ilk mal alışları qeydə alınıb. Baş nazir bildirib ki, bu proses regionda yeni mərhələnin başlanğıcıdır.
“Yeni bir tarix yazılır — sülh tarixi” — deyə Nikol Paşinyan vurğulayıb.
Günel Verdiyeva
11:05 02.01.2026
Oxunuş sayı: 1384