Ukrayna Xalq Ordusunun rəhbəri İvan Fedorovun məlumatına görə, Zaporojye bölgəsində son 24 saat ərzində 27 yaşayış məntəqəsinə 737 zərbə endirilib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücumlar nəticəsində Zaporojye və Poloxiv rayonlarında iki nəfər yaralanıb.
Bildirilib ki, bölgədə hava zərbələri, artilleriya atəşi, MLRS hücumları və əsasən FPV tipli dronlardan istifadə olunub. Hücumlar zamanı yaşayış binaları və mülki infrastruktura ziyan dəyib.
Nəzrin Abbas