Cənubi Qafqaz ölkələri arasında Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti ən yüksəkdir
Cənubi Qafqaz ölkələri arasında Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək göstəricidir.
Crossmedia.az Ermənistan KİV-lərinə istinadən xəbər verir.
Bunu Beynəlxalq Valyuta Fondunun məlumatları göstərir.
Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti 53,4% təşkil edir. Gürcüstanda bu göstərici 34,2%, Azərbaycanda 22,4%, Türkiyədə 24,3%, Rusiyada 23,1%, İranda isə 35,6% səviyyəsindədir.
Dünyada dövlət borcunun ÜDM-ə nisbətinin ən yüksək olduğu ölkə 230% göstərici ilə Yaponiya hesab olunur.
Günel Verdiyeva
10:00 02.01.2026
Oxunuş sayı: 7063