Təbriz Gənclər İttifaqı Rza Pəhləvinin çağırışına etiraz etdi
Təbriz Gənclər İttifaqı Güney Azərbaycanı Rza Pəhləvinin çağırışına qulaq asmamağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onların açıqlamasında bildirilir ki, molla rejiminin şah rejimi ilə əvəzlənməsi Güney Azərbaycan üçün pisin daha pis ilə əvəzlənməsi deməkdir. İttifaq vurğulayıb ki, şah rejimi dövründə repressiyalar güclü olub və milli hərəkat bu səhvi təkrarlamamalıdır.
Bəyanatda həmçinin qeyd olunub ki, Güney Azərbaycan gözləmə mövqeyində qalmalı və öz müqəddəratını yalnız öz təşəbbüsü ilə müəyyən etməlidir.
23:20 01.01.2026
Oxunuş sayı: 3307