Türkiyə və Ukrayna rəsmiləri Rusiya ilə sülh perspektivini müzakirə ediblər
Ankarada Türkiyə Milli Kəşfiyyat İdarəsi (MKİ) sədri İbrahim Kalın Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Rüstəm Umerovla görüşüb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Görüşdə Ukraynanın təhlükəsizlik vəziyyəti, Rusiya ilə sülh səyləri, davam edən danışıqlar və əsir mübadiləsi məsələləri müzakirə olunub.
23:10 01.01.2026
Oxunuş sayı: 3097