Suriyada Yeni il gecəsi terror hücumu: polis həlak oldu
Suriyanın şimal-qərbində yerləşən Hələb şəhərində Yeni il gecəsi terror hücumu baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bab əl-Fərəc bölgəsində yerləşən təhlükəsizlik nəzarət məntəqəsində qeydə alınıb.
Məlumata görə, şübhəli şəxs axtarış zamanı üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə bir daxili təhlükəsizlik əməkdaşı həlak olub, iki nəfər isə yaralanıb. Hadisədən sonra əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib və təhlükəsizlik tədbirləri gücləndirilib.
Suriya mediası bildirir ki, hücumçu ilkin olaraq şəhərdəki kilsələrdən birinə yönəlmək istəyib, lakin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılarkən özünü partladıb.
Suriya İnsan Hüquqları Rəsədxanasının (SOHR) məlumatına görə, hücumu həyata keçirən şəxs İŞİD terror qruplaşması ilə əlaqəli olub.
23:00 01.01.2026
Oxunuş sayı: 3348