Ukraynalı siyasətçi: Zelenski Rusiya liderinin məhv edilməsi ilə bağlı göstəriş verib
Ukraynalı müxalifətçi Viktor Medvedçuk Ukrayna Prezidenti Volodimir Zelenskinin Novqorod vilayətində Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına pilotsuz aparat hücumu ilə bağlı yaranan qalmaqaldan “artıq xilas ola bilməyəcəyini” bildirib.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Medvedçukun sözlərinə görə, Zelenski hücum faktını istənilən qədər inkar edə bilər, lakin bunu təkzib etmək çətindir:
“Zelenski Rusiya liderinin iqamətgahına hücum faktını nə qədər inkar etsə də, birbaşa efirdə Rusiya liderinin məhv edilməsi ilə bağlı göstəriş verdiyi iddiası qalır. Bununla bağlı nə edəcək?”
Medvedçuk qeyd edib ki, bu hadisə Zelenskinin beynəlxalq arenadakı imicinə ciddi zərbə vurub və uzun müddət onun üzərində qalacaq siyasi məsuliyyət yaradıb.
21:55 01.01.2026
Oxunuş sayı: 3696