Pezeşkian: Ölkənin problemlərinə görə məsuliyyət bizim üzərimizdədir
İran Prezidenti Məsud Pezeşkian ölkədə mövcud problemlərlə bağlı açıqlama verərək məsuliyyətin xarici qüvvələrdə deyil, birbaşa İran rəhbərliyində olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Prezident çıxışında qeyd edib ki, xalqın narazılığının səbəbi nə ABŞ, nə də digər dövlətlərdir: “Əgər xalq narazıdırsa, bunda nə Amerika, nə də başqaları günahkardır – məsuliyyət bizim üzərimizdədir. Bizim vəzifəmiz resurslardan düzgün istifadə etmək, səmərəliliyi artırmaq və insanların problemlərini həll etməkdir”.
Pezeşkian vurğulayıb ki, mövcud çətinliklər İran üçün bir sınaqdır və bu mərhələ ölkə üçün yeni inkişaf yolunun müəyyənləşdirilməsi baxımından önəmlidir.
O, həmçinin bildirib ki, ümidsizlik yerini qətiyyətə verərsə və cəmiyyət birgə quruculuq yolunu seçərsə, İranın gələcəyi daha işıqlı ola bilər.
19:45 01.01.2026
Oxunuş sayı: 3268