Son 48 saatda Belarusun dörd hərbi-nəqliyyat təyyarəsi Tehrana enib
Son 48 saat ərzində Belarus Hərbi Hava Qüvvələrinə məxsus ən azı dörd ədəd İl-76 tipli hərbi-nəqliyyat təyyarəsi İranın paytaxtı Tehran hava limanına eniş edib. Yerli və beynəlxalq müşahidə mənbələrinin bildirdiyinə görə, sözügedən təyyarələr Rusiya və Çinə aid hərbi yüklər daşıyıb.
Crossmedia.az xəbər verir ki, uçuşlar qısa zaman intervalında həyata keçirilib və bu, regionda diqqət çəkən hərbi-logistika fəallığı kimi qiymətləndirilir. Rəsmi qurumlar hələlik daşınan yüklərin məzmunu və uçuşların məqsədi ilə bağlı açıqlama verməyiblər.
Ekspertlərin fikrincə, bu cür daşımalar İran, Rusiya və Çin arasında hərbi-texniki əməkdaşlığın dərinləşdiyini göstərə bilər. Eyni zamanda, mövcud geosiyasi gərginlik fonunda bu məlumatlar beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.
Nastya Qəniyeva
18:49 01.01.2026
Oxunuş sayı: 2889