Rusiyadan rəsmi mövqe: AZAL-la bağlı razılaşmalar tam icra olunacaq
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın AZAL-la bağlı Rusiya və Azərbaycan liderləri arasında əldə olunmuş bütün razılaşmaları tam həcmdə icra etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Qaluzin bu fikirləri cari ilin 9 oktyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşün nəticələrinə münasibət bildirərkən səsləndirib.
O, Rusiya Prezidenti Vladimir Putinin sözlərini xatırladaraq qeyd edib ki, “belə faciəli hallarda tələb olunan hər şey Rusiya tərəfdən ediləcək”.
Türkan Kərimli
17:57 01.01.2026
Oxunuş sayı: 2994