Latviyada rus dili qadağan olunur
Latviyada bu gündən etibarən rusdilli media fəaliyyəti və məktəblərdə rus dili dərsləri dayandırılır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir
Qərara əsasən, dövlət mediası rus dilində yayımı tamamilə dayandıracaq. Eyni zamanda, rus dilində nəşr olunan kitab və qəzetlərə tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) artırılması səbəbindən onların qiymətləri yüksələcək. Məktəblərdə rus dilinin tədrisi isə ləğv olunur.
Latviya hakimiyyəti bu addımları milli təhlükəsizliklə bağlı arqumentlərlə izah edir.
Günel Verdiyeva
17:45 01.01.2026
Oxunuş sayı: 2784