Kainatda bir ilk: Üç nəhəng qalaktika eyni anda birləşdi
Bizdən təxminən 1,2 milyard işıq ili uzaqlıqda, kainatda nadir bir hadisə baş verib. Belə ki, alimlər “J1218/1219+1035” adlı sistemi araşdırarkən üç qalaktikanın eyni anda bir-birinə toqquşduğunu aşkarlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı TRT Haber yayıb.
Vurğulayaq ki, qalaktika milyonlarla ulduz, qaz və tozdan ibarət böyük ulduz sistemidir
Hadisəni maraqlı edən isə qalaktikaların mərkəzindəki nəhəng qara çuxurların parlaq radio dalğaları yaymasıdır
Qeyd edək ki, iki qalaktikanın birləşməsi ara-sıra baş versə də, üç qalaksının eyni anda toqquşması bir ilkdir
Fatimə Məmmədova
17:30 01.01.2026
Oxunuş sayı: 2878