Yer üzündə sülh üçün çalışacağam - Donald Tramp
ABŞ Prezidenti Donald Tramp 2016-cı il üçün əsas məqsədinin dünyada sülhə nail olmaq olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni il ərəfəsində hər hansı qərar qəbul edib-etmədiyi barədə sualı cavablandıran Tramp, “Bəli etmişəm. Yer üzündə sülh” – deyə qeyd edib.
ABŞ lideri CIA-nın Venesuelaya qarşı hücumda rolunun olub-olmaması və ya Ukraynaya ABŞ hərbçilərinin göndərilib-göndərilməyəcəyi ilə bağlı sualları isə cavabsız qoyub.
Günel Verdiyeva
17:15 01.01.2026
Oxunuş sayı: 2943