ROKETSAN 2025-ci ilin “Z hesabatı”nı açıqlayıb
ROKETSAN 2025-ci il üzrə “Z hesabatı”nı yayımlayıb. Hesabatda şirkətin il ərzində əldə etdiyi çoxsaylı uğurlar vurğulanmaqla yanaşı, 2026-cı il vizyonu da ön plana çıxarılıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, şirkətin baş direktoru Murat İkinci sosial media hesabında paylaşdığı yeni il mesajında bildirib ki, 2025-ci il mühüm nailiyyətlərlə yadda qalıb və yeni ildə də ölkə naminə fəaliyyət qətiyyətlə davam etdiriləcək.
Açıqlama ROKETSAN-ın texnoloji müstəqillik istiqamətində atdığı addımları və beynəlxalq arenada mövqeyini əks etdirir.
Nəzrin Abbas
16:45 01.01.2026
Oxunuş sayı: 3113