Gürcüstanda beynəlxalq əhəmiyyətli yolların hərəkətinə icazə verilib
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti, Ermənistanla sərhəddəki Axaltsixe–Ninotsminda və Türkiyaya aparan Axalkalaki–Kartsaxi beynəlxalq əhəmiyyətli avtomobil yollarında qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkətinin təmizləmə işlərindən sonra bərpa olunduğunu açıqlayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumatda qeyd edilib ki, hər iki yol, 31 dekabr tarixində güclü qar yağması və aşağı temperatur səbəbindən bağlanmışdı. Lakin hazırda bu yollarda hərəkət bərpa olunub və nəqliyyat vasitələrinin sərbəst keçməsi təmin edilib.
Türkanə Məşədiyeva
16:30 01.01.2026
Oxunuş sayı: 2993