ABŞ Silahlı Qüvvələri narkotik daşındığı iddia edilən gəmilərə zərbələr endirib
ABŞ Silahlı Qüvvələri qadağan olunmuş maddələr daşıdığı iddia edilən iki gəmiyə zərbələr endirib. Hücum nəticəsində beş nəfər ölüb.
Crossmedia.az xəbər verir ki, əməliyyat 31 dekabr tarixində ABŞ müdafiə naziri Pit Heqsetin göstərişi ilə, “Cənub nizəsi” adlı birgə operativ qrupun qüvvələri tərəfindən həyata keçirilib. Amerika hərbçilərinin versiyasına görə, sözügedən gəmilər terrorçu təşkilatlar tərəfindən istismar olunub və narkotik qaçaqmalçılığı üçün tanınan marşrutlarla hərəkət edib.
Məlumata əsasən, zərbələr nəticəsində bir gəmidə üç, digərində isə iki nəfər həlak olub.
Sevinc Yarməmmədova
14:29 01.01.2026
Oxunuş sayı: 3210