Türkiyədə 100-dən çox aviareys ləğv edilib
Yanvarın 1-də Türkiyənin mərkəzi və şərq bölgələrində müşahidə olunan güclü qar yağışı və külək səbəbindən 100-dən çox aviareys ləğv olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Turkish Airlines 50, AJet isə 64 reysi ləğv edib. Ləğv edilən uçuşların əksəriyyəti daxili reyslərdir. Aviaşirkətlər sərnişinlərə uçuşlarla bağlı yenilikləri rəsmi kanallar vasitəsilə izləməyi tövsiyə ediblər.
Nigar Yahyazadə
14:01 01.01.2026
Oxunuş sayı: 3160