Kim Çen İn Rusiyada xidmət edən hərbçiləri Yeni il münasibətilə təbrik edib
Şimali Koreya lideri Kim Çen İn Rusiyada xidmət edən KXDR hərbçilərinə Yeni il münasibətilə təbrik ünvanlayıb. O, müraciətində Pxenyanq və Moskvanın hərbçilərinin arxasında olduğunu vurğulayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Kim Çen İn bildirib ki, hərbçilərin fədakarlığı və sədaqəti sayəsində Şimali Koreya ilə Rusiya arasında döyüş qardaşlığı, dostluq və sarsılmaz müttəfiqlik münasibətləri daha da möhkəmlənir.
Türkanə Məşədiyeva
13:41 01.01.2026
Oxunuş sayı: 3158