Ukraynada kafe və otelə raket zərbəsi: 24 ölü, 50-dən çox yaralı
Ukraynanın Xerson vilayətində yerləşən Xorlı qəsəbəsində gecə yarısı kafeyə və otelə raket zərbəsi endirilib. Belə ki, hadisə nəticəsində 24 nəfər həyatını itirib, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Vilayətin qubernatoru Vladimir Saldo bildirib ki, zərbə nəticəsində başlayan yanğın yalnız səhərə yaxın söndürülə bilib. Ölənlər arasında bir uşaq da var.
Qubernator əlavə edib ki, yaralılar tibbi yardım alır və bütün zərərçəkənlərə lazım olan dəstək göstəriləcək.
Qeyd edək ki, hazırda itkilərin və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir.
Fatimə Məmmədova
13:08 01.01.2026
Oxunuş sayı: 3092