Türkiyəli qadın Trampa qarşı atalıq iddiası qaldırdı - Məhkəmə prosesi başladı
Ankarada yaşayan 54 yaşlı Necla Özmen, bioloji atasının ABŞ Prezidenti Donald Tramp ola biləcəyi iddiası ilə Ankara 27-ci Ailə Məhkəməsinə atalıq faktının müəyyən edilməsi üçün məhkəmə iddiası qaldırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məhkəməyə təqdim olunan iddia ərizəsində Özmen, nüfus qeydlərindəki uyğunsuzluqlar və ailə üzvlərindən əldə etdiyi məlumatlar əsasında belə bir şübhənin yarandığını bildirib. İddiaçı, mümkün soy bağının dəqiqləşdirilməsi məqsədilə Donald Trampın DNA testindən keçməsini tələb edir.
Özmen iddia edir ki, doğulduğu dövrdə rəsmi qeydlərdə qarışıqlıq baş verib və başqa bir ailənin uşağı kimi nüfusa qeydiyyata alınıb. Onun sözlərinə görə, mövcud rəsmi sənədlər şəxsi həyatı ilə ziddiyyət təşkil edir və bu səbəbdən hüquqi yollara müraciət etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, anasının açıqlamaları da əsas göstərilir.
İddia ərizəsində qeyd olunur ki, Özmenin anası keçmişdə xarici vətəndaş olan bir şəxslə münasibət yaşadığını və həmin dövrdə hamilə qaldığını bildirib. Bu məlumatların mövcud sənədlərlə üst-üstə düşməməsi iddianın əsaslandırılması kimi təqdim olunub.
Necla Özmen eyni məzmunlu hüquqi müraciətin ABŞ-də də müvafiq ailə məhkəməsinə göndərildiyini açıqlayıb.
Məsələ ilə bağlı Tramp və ya onun hüquqi nümayəndələri tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Məhkəmə prosesinin necə davam edəcəyi qarşıdakı günlərdə məlum olacaq.
Fatimə Məmmədova
23:06 31.12.2025
Oxunuş sayı: 1156