Səudiyyə koalisiyası BƏƏ-yə məxsus gəmilərlə bağlı iddiaları təkzib etdi
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndəki sözçüsü, briqada generalı Turki əl-Maliki Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin BƏƏ-dən yük daşıyan iki gəminin Ər-Riyadla koordinasiya əsasında Yəmənin Hadramaut əyalətindəki limana daxil olması ilə bağlı yaydığı məlumatı təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əl-Maliki “X” sosial şəbəkəsində yazıb ki, sözügedən gəmilər bu kimi hallarda tətbiq olunan prosedurları pozaraq, Yəmən hökumətinin və koalisiyanın icazəsi olmadan Əl-Mukalla limanına daxil olublar. Onun sözlərinə görə, gəmilər Yəmənin ərazi sularına daxil olmadan əvvəl izləmə və identifikasiya cihazlarını da söndürüblər.
Koalisiya sözçüsü əlavə edib ki, gəmilər limana daxil olduqdan sonra aparılan araşdırma zamanı 80-dən çox avtomobil və bir sıra nəqliyyat konteynerləri ilə yanaşı, silah və sursat da daşıdıqları müəyyən edilib.
22:50 31.12.2025
Oxunuş sayı: 1348