Maqnus Karlsen sürətli şahmat üzrə dünya çempionu oldu
Norveçli qrossmeyster Maqnus Karlsen 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində, Dohada keçirilən sürətli şahmat üzrə dünya çempionatında növbəti uğurunu qazanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Final mərhələsində özbəkistanlı Nodirbek Abdusattorovu məğlub edən Karlsen 10,5 xal / 13 mümkün xalla turnirin qalibi olub. Norveçli şahmatçı ən yaxın rəqibini tam 1 xal qabaqlayaraq çempionluğunu təmin edib.
Beləliklə, Maqnus Karlsen sürətli şahmat üzrə 6-cı dünya çempionatı titulunu qazanıb. O, bu titula daha əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə sahib çıxmışdı.
21:59 31.12.2025
Oxunuş sayı: 1013