2025-ci ildə təslim olan terrorçuların sayı açıqlanıb
Türkiyə Milli Müdafiə Nazirliyi 2025-ci ildə təslim olan terrorçuların sayını açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin illik hesabat brifinqində bildirilib ki, bu həftə daha 3 PKK terrorçusu təslim olub və cari il ərzində təslim olanların sayı 111-ə çatıb.
Nazirlik həmçinin qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə yönələn risk və təhdidlərə qarşı mübarizəni sərhədləri daxilində və hüdudlarından kənarda qətiyyətlə davam etdirir.
Türkan Kərimli
20:51 31.12.2025
Oxunuş sayı: 1250