Almaniyanın yeni hərbi planı: sabotaj və kiberhücumlar
Almaniya yeni hərbi planında sabotaj və kiberhücumları müharibənin başlanğıc mərhələsi kimi qiymətləndirəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Berlin müasir münaqişələrin klassik hərbi əməliyyatlardan əvvəl kritik infrastruktura və informasiya sistemlərinə yönələn hücumlarla başladığını bildirir.
Sənədə əsasən, bu cür təhdidlərə qarşı təhlükəsizlik və müdafiə qurumları arasında koordinasiya gücləndiriləcək.
20:43 31.12.2025
Oxunuş sayı: 1027