Almaniyada Sparkasse bankı qarət edilib: minlərlə müştəri zərər çəkib
Almaniyanın Gelsenkirchen şəhərində Milad bayramı günlərində Sparkasse bankının filialı qarət edilib. Cinayətkarlar qonşu binadan anbarı ələ keçirərək təxminən 3200 fərdi seyfi açıblar, nəticədə 2700 müştəri zərər görüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dəymiş ziyanın həcmi 10-90 milyon avro arasında qiymətləndirilir, medianın hesablamalarına görə isə təxminən 30 milyon avrodur. Dəqiq məbləğ hələlik məlum deyil.
Hazırda heç bir şəxs həbs edilməyib. Polis hadisə ilə əlaqəsi ola biləcək qara Audi RS 6 markalı avtomobili axtarır.
Türkan Kərimli
20:17 31.12.2025
Oxunuş sayı: 1113