Rusiya ilin son günündə Ukraynanı vurub: Odessada uşaqlar yaralanıb
Rusiya ilin son günündə Ukraynaya növbəti hava hücumu həyata keçirib. Gecə saatlarında Odessaya edilən zərbələr nəticəsində dörd nəfər yaralanıb, onlardan üçü uşaqdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Şəhər hərbi administrasiyasının məlumatına görə, hücum zamanı Odessanın iki rayonunda infrastruktur obyektləri və yaşayış binaları zədələnib, binalardan birində yanğın baş verib. Nəticədə şəhərin bir hissəsi elektrik, su və istilik təchizatından məhrum qalıb.
Məlumata əsasən, xəsarət alanlar arasında 7 aylıq körpə, 14 yaşlı oğlan və 8 yaşlı qız var. Uşaqların vəziyyəti orta ağır qiymətləndirilir. 42 yaşlı kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.
Türkan Kərimli
20:09 31.12.2025
Oxunuş sayı: 868