ABŞ Çindən asılılığı azaltmağa çalışır
ABŞ Çindən asılılığı azaltmaq məqsədilə Pakistandan sürmə (antimon) tədarükünə başlayıb.
Crossmedia.az "Financial Times"-a istinadən xəbər verir ki, sürmə strateji əhəmiyyətli xammal hesab olunur və əsasən raketlərin, akkumulyatorların, emalların və boyaların istehsalında istifadə edilir.
Qeyd olunur ki, bu maddə eyni zamanda tekstil sənayesində, pirotexnikada və tibb sahəsində də geniş tətbiq olunur. ABŞ-nin bu addımı kritik materiallar üzrə tədarük zəncirinin şaxələndirilməsi və Çindən asılılığın minimuma endirilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
20:02 31.12.2025
Oxunuş sayı: 996