Bolqarıstan gələn ildən avroya keçəcək
Bolqarıstan hökuməti ölkənin gələn ildən etibarən milli valyutadan imtina edərək avroya keçəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, qərar Avropa İttifaqı ilə maliyyə və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi məqsədi daşıyır.
Rəsmi məlumata görə, avroya keçid prosesinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır və bu istiqamətdə həm bank sektoru, həm də dövlət qurumları artıq hazırlıq işlərinə başlayıb. Hakimiyyət orqanları hesab edir ki, bu addım iqtisadi sabitliyi gücləndirəcək və investorlar üçün daha əlverişli mühit yaradacaq.
Bolqarıstan rəsmiləri vurğulayıblar ki, avroya keçid ölkənin Avropa iqtisadi məkanına tam inteqrasiyası baxımından mühüm mərhələ hesab olunur.
Türkan Kərimli
19:35 31.12.2025
Oxunuş sayı: 1159