Orban: ABŞ 2026-cı ildə Aİ-nin iştirakı olmadan Rusiya ilə sülh sazişi bağlaya bilər
ABŞ 2026-cı ildə Avropa İttifaqının iştirakı olmadan Rusiya ilə sülh sazişi imzalaya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban M1 televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri əvvəllər vahid mövqe və birlik nümayiş etdirə bilirdilər, lakin hazırda bu birlik artıq mövcud deyil.
Orban qeyd edib ki, beynəlxalq proseslərdə güc mərkəzləri dəyişir və əsas qərarların Avropanın iştirakı olmadan verilməsi ehtimalı getdikcə artır. Onun fikrincə, Ukrayna müharibəsi ətrafında gedən danışıqlarda da bu tendensiya açıq şəkildə hiss olunur.
Macarıstan hökumət başçısı vurğulayıb ki, mövcud vəziyyət Avropa üçün ciddi siyasi və təhlükəsizlik nəticələri yarada bilər.
Türkan Kərimli
19:23 31.12.2025
Oxunuş sayı: 1107