İsrail Türkiyənin Qəzza üzrə Sülh Şurasından kənarlaşdırılmasını istəyir
İsrail Donald Tramp administrasiyasına müraciət edərək Türkiyənin Qəzza üzrə Sülh Şurasından çıxarılmasını xahiş edib.
Crossmedia.az bu barədə “Jerusalem Post” qəzetinə iistinadən xəbər verir.
Nəşrin danışıqların gedişi ilə tanış mənbəyə istinadən yazdığına görə, İsrail tərəfi Ankaranın humanitar yardım və bərpa layihələrində iştirakı ilə bağlı ciddi narahatlıq ifadə edir.
Təl-Əviv hesab edir ki, bu proses Türkiyəyə Qəzza sektorunun idarə olunması və nəzarəti üzərində əhəmiyyətli təsir rıçaqları qazandıra bilər.
Mənbənin bildirdiyinə görə, İsrail ABŞ administrasiyasına Türkiyənin prosesdə rolunun məhdudlaşdırılmasının regional təhlükəsizlik və Qəzzanın gələcək idarəetmə mexanizmləri baxımından vacib olduğunu çatdırıb.
13:51 31.12.2025
Oxunuş sayı: 1887