Zaporojye AES ətrafında təmir işləri başa çatdı
Bazar günündən etibarən qüvvədə olan yerli atəşkəs fonunda Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında təmir işləri tamamlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə MAQATE-nin məlumat yayıb.
Nəticədə Zaporojye AES-in paylayıcı yarımstansiyaları ilə yaxınlıqdakı Zaporojye İstilik Elektrik Stansiyası arasında elektrik enerjisinin ötürülməsi bərpa edilib.
Qeyd olunur ki, bu, son aylarda AES ətrafında əldə edilən artıq üçüncü müvəqqəti atəşkəsdir.
MAQATE vəziyyəti izləməyə davam edir və obyektin enerji təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayır.
13:43 31.12.2025
Oxunuş sayı: 1067