İranda iqtisadi böhran fonunda etirazlar genişlənir
İranda dərinləşən iqtisadi böhran fonunda etiraz aksiyaları genişlənməkdə davam edir. Dünən gecə ölkənin bir neçə şəhərində hökumət əleyhinə şüarlarla müşayiət olunan etirazlar keçirilib. Aksiyalara tələbələr və tacirlər də qoşulub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Fəalların və tələbə təşkilatlarının çağırışlarından sonra Tehran, İsfahan və Yəzd daxil olmaqla bir sıra universitet şəhərlərində etirazlar baş tutub. İştirakçılar ölkənin siyasi sistemini və ali dini rəhbərliyi tənqid edən şüarlar səsləndiriblər.
Kermanşah şəhərində təhlükəsizlik qüvvələri etirazları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və azı 10 nəfər saxlanılıb. Yerli mənbələrin məlumatına görə, Həmədanda isə təhlükəsizlik qüvvələri atəş açaraq aksiyaları dağıdıb, nəticədə tələbələr də daxil olmaqla bir neçə nəfər həbs edilib.
Etirazlar beynəlxalq səviyyədə də diqqət çəkib. ABŞ-də konqresmen Şerman və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi İran xalqına dəstək ifadə edib.
13:28 31.12.2025
Oxunuş sayı: 1131