Xameneyi böhranlar qarşısında qərarsız qalıb
86 yaşlı ali rəhbər Əli Xameneyi böhranlar qarşısında yeni strategiya formalaşdıra bilmir və uzun illərdir tətbiq etdiyi yanaşmalara sadiq qalır.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN telekanalının İranda davam edən etirazlarla bağlı hazırladığı hesabatda bildirilir.
Telekanalın məlumatına görə, etirazlar dərin iqtisadi böhran, yüksək inflyasiya, genişmiqyaslı elektrik kəsintiləri, işsizlik və son 40 ilin ən ağır quraqlığı ilə daha da güclənib.
Hesabatda qeyd olunur ki, ölkə daxilində idarəetmə böhranı yaşanır və “heç kimin qərar vermədiyi” bir sistem formalaşıb.
“İsraillə 12 gün davam edən qarşıdurmadan sonra İranın hərbi imkanları zəifləyib. Xarici siyasətdə isə Tehran çıxılmaz vəziyyətə düşüb. Bununla belə, Xameneyi “köhnə oyun qaydalarına” sadiq qalaraq raket və dron istehsalını davam etdirməyə, proksi qüvvələri minimum səviyyədə saxlamağa və Qərblə danışıqlardan imtina etməyə üstünlük verir”, - deyə, məqalədə qeyd olunub.
13:22 31.12.2025
Oxunuş sayı: 1095