İsraildən İrana sərt mesaj: Bütün variantlar masadadır
İran “qırmızı xətləri” keçərsə, İsrailin cavabı “qətiyyətli və dağıdıcı” olacaq.
Crossmedia.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Fox News telekanalına müsahibəsində İslam Respublikasına xəbərdarlıq edib.
Netanyahu İslam Respublikasının İsrailə qarşı keçirdiyi hərbi təlimlərə və ballistik raket sınaqlarına toxunaraq, bu addımların bölgədə gərginliyi artırdığını qeyd edib. Onun sözlərinə görə, belə vəziyyətdə “bütün variantlar masada qalır”.
Fox News-un məlumatına görə, İsrailin baş naziri ölkəsinin gərginliyin artmasında maraqlı olmadığını vurğulayıb, lakin birbaşa təhdidlər qarşısında susmayacaqlarını bildirib.
Netanyahu əlavə edib ki, İran raket imkanlarını genişləndirir, istehsalı artırır və nüvə proqramı istiqamətində fəaliyyətlərini davam etdirir. Bununla belə, o qeyd edib ki, Tehranın “son xətti keçmək” barədə hələlik yekun qərar vermədiyi düşünülür.
13:11 31.12.2025
Oxunuş sayı: 1385