Qəzza üçün yardım çağırışı: Fələstin 10 ölkənin mövqeyini dəstəklədi
Fələstin rəhbərliyi 10 ölkənin Qəzzada humanitar vəziyyətin pisləşməsi ilə bağlı İsrailə yardım məhdudiyyətlərini aradan qaldırmaq çağırışını müsbət qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Belə ki, Fələstin Dövlət Prezidentinin müavini Hüseyn əş-Şeyx birgə bəyanatı və Qəzzaya təcili humanitar yardımın təmin olunması çağırışını alqışladıqlarını bildirib.
O, BMT və beynəlxalq qurumların bölgədə davamlı fəaliyyətinə imkan verilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İsrail parlamentinin UNRWA ofislərinin elektrik və su təchizatının kəsilməsi ilə bağlı qərarı Fələstin tərəfindən sərt tənqid olunub.
Fatimə Məmmədova
13:06 31.12.2025
Oxunuş sayı: 1112