Rusiyanın hava limanlarında uçuşlar dayandırıldı
Gelendzhik və Krasnodar (Paşkovski) hava limanlarında təyyarələrin qəbulu və buraxılışı müvəqqəti məhdudlaşdırılıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako bildirib ki, qərar uçuş təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.
Qeyd edək ki, 31 dekabrda Gelendzhik hava limanında məhdudiyyətlər gün ərzində ikinci dəfə tətbiq edilib. Qurbanlar və əlavə səbəblər barədə məlumat verilməyib.
Nəzrin Abbas
11:22 31.12.2025
Oxunuş sayı: 1736