İran etirazçılarla dialoqa hazır olduğunu açıqlayıb
İran hökuməti milli valyutanın kəskin dəyər itirməsi və artan inflyasiya səbəbindən başlayan kütləvi etirazlar fonunda nümayişçilərin nümayəndələri ilə dialoqa başlamağa hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident Pezeşkian daxili işlər nazirinə etirazçıların “qanuni tələblərini” dinləməyi tapşırıb. Hökumət sözçüsü Mühacirani isə danışıqlar mexanizminin yaradıldığını bildirib.
Onun sözlərinə görə, hakimiyyət orqanları etirazları rəsmi olaraq tanıyır və bunu əhalinin həyat səviyyəsinin pisləşməsinin nəticəsi hesab edir.
Türkan Kərimli
10:47 31.12.2025
Oxunuş sayı: 1268