Trampın F-35 mesajı Afinada narahatlıq doğurub
ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşdən sonra Türkiyənin F-35 proqramına yenidən daxil ola biləcəyi ehtimalı Yunanıstanda ciddi narahatlıqla qarşılanıb.
Crossmedia.az Yunanistan mediasına istinadən xəbər verir ki, Afinada bu ehtimal regional hərbi balansın dəyişməsi kontekstində qiymətləndirilir və Yunanıstanın təhlükəsizlik maraqlarına təsiri müzakirə olunur.
Yunan analitiklər bildirirlər ki, Türkiyənin F-35 proqramına mümkün qayıdışı Egey dənizi və Şərqi Aralıq dənizi bölgəsində qüvvələr nisbətinə təsir göstərə bilər və bu məsələ Afina üçün strateji əhəmiyyət daşıyır.
Türkan Kərimli
10:12 31.12.2025
Oxunuş sayı: 1367