Əraqçı: Trampın bəyanatları beynəlxalq hüququ pozur
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidenti Donald Trampın İrana qarşı son açıqlamalarını sərt tənqid edib və beynəlxalq ictimaiyyəti bu mövqeyə açıq şəkildə reaksiya verməyə çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Əraqçının sözlərinə görə, Trampın təhdid xarakterli bəyanatları beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir.
Nazir bildirib ki, Vaşinqtonun İsrailə qeyd-şərtsiz dəstəyi regionda və daha geniş miqyasda beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradır. Onun fikrincə, formalaşmış cəzasızlıq mühiti ABŞ və İsrailin daha aqressiv davranışlarını təşviq edir.
Əraqçı vurğulayıb ki, bu cür təxribatçı və təhlükəli açıqlamalar beynəlxalq ictimaiyyət tərəfindən açıq və qəti şəkildə pislənməlidir.
Türkan Kərimli
09:50 31.12.2025
Oxunuş sayı: 1832